Gündən Günə Sosial- əyləncəli Tok-Şou.
“MZ production”ın təqdimatında “Gündən Günə” hər həftənin cümə axşamı saat 23:00 da Xəzər TV-nın efirində yayımlanırdı. Proqramda cəmiyyəti narahat edən sosial mövzular, əyləncə daxil edilərək, müzakirə edilir. Hər problem tamaşaçıya əyləncə elementləri daxil edərək təqdim olunur. Proqramda mövzuya uyğun video materiallar, süjetlər öz yerini tapır. Proqram 3 ayrı blokdan ibarətdir. Müzakirələrə dəvət edilən qonaqlar 3 bloka bölünür. Hər blokun muzakirəsi bitdikdən sonra digər blokun qonaqları dəvət edilir. Proqrama şou elementi olaraq canlı musiqi muşayəti daxil edilib.