Seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, "M.Z." Productionun birgə təşkilatçılığı ilə 17 mart 2018-ci il tarixində saat 16:00-da Bakı İdman Sarayında “Novruz bayramı” münasibəti ilə ilk dəfə səs verən gənclər üçün mədəni-kütləvi tədbir keçirildi.

Tədbirdə Prezident Administrasiyasının rəsmiləri, Hökumət və millət nümayəndələri və digər rəsmilər iştirak etdilər.

 

Tədbir çərçivəsində ölkəmizin inkişafı ilə bağlı ilk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması, seçkilərdə iştirakın əhəmiyyəti haqqında ətraflı məlumatlar verildi. 

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Proqramın 5.1.10-cu (Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda əyani vəsaitlərin hazırlanması) və 5.7.3-cü (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili)  yarımbəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmişdir. 

Sosial şəbəkələrdə yayımla